main-post-cover

    Facebook artıq Instagram vasitəsilə də istifadəçilərin yerlərini təyin edəcək

    Sosial Media
    05.10.2018
    Farid Pardashunas
        Instagram yaradıcılarının gözlənilmədən şirkətdən ayrılmaları və servisin rəhbəri qismində Facebook işçisinin seçilməsi, sosial şəbəkənin fotoservisə təsir gücünün artacağı qorxusunu yaratmışdı. Və bu qorxunun artıq ilk əlamətləri ortaya çıxmağa başlayıb. Belə ki, insayderlər Instagram tətbiqində yeni funksiya aşkar ediblər. Yeni funksiya Location Settings adlanır. Bu cür funksiyalar sayəsində Facebook-un istənilən məhsulu (Instagram, Messenger) istifadəçinin yerləşdiyi yer barəsində məlumatları əldə edir. Əgər istifadəçi hətta tətbiqdən çıxsa belə, sözügedən məlumatlar yığılır.

        Bu cür məlumatlar isə öz növbəsində şirkətin reklam targetingi üçün əlavə vasitədir. Hal hazırda bu yeni funksiya Instagram-da deaktiv edilib və adi istifadəçilərdən gizlədilib. Instagram təmsilçiləri isə bu funksiya barədə yayılmış xəbərləri təkzib etməyiblər. Lakin bununla belə onlar qeyd ediblər ki, indiki mərhələdə servis istifadəçilərin yerləşdikləri yerlər barədə məlumatları saxlamır. Buna baxmayaraq artıq görmək olar ki, Instagram öz müstəqilliyini itirir. Bu cür hadisə həmçinin Whatsapp ilə də baş vermişdi. Qeyd etmək lazımdır ki, şirkət məşhur messenceri alandan sonra söz vermişdi ki, messencer ilə Facebook istifadəçilərinin hesablarını birləşdirməyəcək. Lakin bir müddət sonra bu baş vermişdi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər