
Bu üsulla sosial şəbəkə fake xəbərlər və spamlarla mübarizə aparacaq.
Beləliklə Facebook daha çox target yığmaq üçün istifadəçiləri bəyənməyə, reaksiyalara və repostlara çağıran spam paylaşımlar ilə mübarizə aparmağa başlayır. İlk öncə “Facebook” bildirib ki, istifadəçilər mütəmadi olaraq “Əgər bürcün qoçdursa bu postu bəyən” tərzli spam paylaşımlardan və daha çox target yığmaq üçün insanları bəyənmə, repost vasitəsilə səsverməyə səsləyən ismarıclardan şikayətlənirlər.
Nəticədə sosial şəbəkə
yeni alqoritm yaratdı. Həmin alqoritm daha çox target yığmaq imkanını aşağı
salaraq istifadəçiləri bu cür paylaşımlardan qoruyur. Yeni qaydalar istifadəçilərin
ana səhifələrində sistematik şəkildə bu paylaşımlardan istifadə edən şəxsləri və
səhifələri məhdudlaşdıracaq. Şirkət həmçinin bildirib ki, yeni alqoritm istifadəçilərin
bir-birilərindən kömək, məsləhət istədikləri paylaşımlara təsir etməyəcək. “Facebook”
həmçinin fake xəbərlərin daha çox target yığmalarını da məhdudlaşdırmağı
planlaşdırır.
Şərh yoxdur