Facebook birgə video izləmək funksiyası Watch Party'ni hamı üçün aktiv etdi

Facebook birgə video izləmək funksiyası Watch Party'ni hamı üçün aktiv etdi

Sosial Media
29.11.2018 PAYLAŞIM

    Facebook şirkəti Watch Party funksiyasının hamı üçün aktiv edildiyini elan etdi. Bu funksiya vasitəsilə istifadəçilər sosial şəbəkə daxilində birlikdə videolar izləyə bilərlər. Bundan sonra istənilən istifadəçi istənilən digər istifadəçini dəvət edərək birgə filmə, klipə və ya hansısa digər növ videoya baxa biləcək.


Bənzər xəbər


    Bununla yanaşı sosial şəbəkə daxilində birlikdə video izləmə mühitinin yaradılması üçün isə həmin izləmələr zamanı çat bölməsi fəaliyyət göstərəcək. Həmin çatda istifadəçilər öz fikirlərini və təəssüratlarını bölüşə biləcəklər. Bunun üçün sadəcə olaraq lazımi videonu seçərək istənilən istifadəçini birgə izləməyə dəvət etmək laızmdır. Bütün olanları isə həmin birgə izləməni təşkil etmiş istifadəçi idarə edəcək.


    Bununla yanaşı istifadəçi öncədən izlənəcək videonu müəyyən vaxta planlaşdıra da biləcək. Beləliklə birgə video izlənməyə dəvət olunacaq istifadəçilər bu barədə bildiriş əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində Watch Party funksiyası bir sıra qruplar, xəbər nəşriyyatları, idman səhifələri və rəqəmsal əyləncə sahəsindəki təmsilçilər arasında test olunurdu. Aparılmış testlər onu göstərdi ki, bu cür videolar 8 dəfə daha çox şərh sayı yığır. Bundan əlavə olaraq bu, yeni izləyicilərin cəlb olunması üçün yaxşı üsuldur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


1000 nəfərin iştirakı ilə canlı yayım: Telegram-a böyük yenilənmə gəlib..

Telegram 7.9 beta versiyasının istifadəyə verilməsindən bir neçə gün sonra onun stabil versiyası büt..


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..

×