
Müəyyən mənada Walmart və McDonald’s cəmiyyətə zərər verir. Lakin neqativ təsir baxımından “Facebook” bu ikisini geridə qoyub.
“Honest Data” adlı tədqiqat şirkətinin sorğusunda iştirak etmiş 2000 insan belə düşünür. Bu barədə Business Insider saytı xəbər verib. Sorğuda iştirak etmiş şəxslər siyahıda təqdim olunmuş şirkətlərdən cəmiyyətə ən çox zərər verənləri seçməli idilər. Şirkətlər arasında “Marlboro”, “Walmart”, “Facebook”, “McDonald’s” və “Coca-Cola” da var idi. Amerikalıların 43%-nin fikrincə cəmiyyətə ən çox zərər verən şirkət məhz “Marlboro”dur. 27% göstərici ilə “Facebook” ikinci yerdə qərarlaşıb.
Daha sonrakı yerləri isə “McDonald’s” (21%) və “Walmart” (18%) şirkətləri tutublar. Sorğuda iştirak etmiş şəxslərin 36%-i isə sadalanmış şirkətlərdən heç birinin cəmiyyətə zərər vermədiklərini qeyd edib. “Facebook”un bu cür nəticə əldə etməsini həmçinin son zamanlarda psixologiya sahəsində edilən araşdırmalar də təsdiq edir. Belə ki, sosial şəbəkələrdə çox vaxt keçirən insanlar depressiyaya, narahatlığa və suiqəsd hallarına daha çox meyilli olurlar.
Şərh yoxdur