main-post-cover

    Facebook Clubhouse tərz audio otaqları hamı üçün istifadəyə verib

    Sosial Media
    11.10.2021
    Emil Nəcəfov
        Facebook dəbdə olan funksiyaları öz tətbiqinə inteqrasiya etməyi sevir. Clubhouse tərzdə olan audio otaqlar digər platformaların oxşar funksiyanı inteqrasiya etmələri sayəsində məşhurlaşdı. Hələ bu ilin aprel aynda Facebook bildirmişdi ki, o, yeni audiofunksiyalar üzərində çalışır və həmin funksiyalara həmçinin Clubhouse tərzində audio çatlar daxil olacaqlar. İlk növbədə Facebook audio çatlar funksiyasını məhdud sayda istifadəçilər arasında test etməyə başladı və bu özəllik yalnız ABŞ-dan olan istifadəçilər üçün aktiv idi. İndi isə şirkət bildirib ki, onun Live Audio Rooms funksiyası artıq hamı üçün aktivdir. Live Audio Rooms funksiyası son aylar ərzində Twitter, Slack və hətta LinkedIn kimi platformaların öz sistemlərinə inteqrasiya etdikləri audio çatların analoqudur.
        İstifadəçi bu funksiya vasitəsilə öz audio otağını yarada və həmin otağa qoşulacaq istənilən sayda istifadəçi ilə ünsiyyət qura bilər. Bundan əlavə olaraq istifadəçilər spiker kimi və ya sadəcə dinləyici kimi təyin edilə bilərlər. Facebook ümid edir ki, bu funksiyaya ictimai xadimlər, kontent yaradıcıları, qruplar və partnyorlar arasında tələbat olacaq. İstifadəçilər həmçinin müəyyən audio otaqdan olan bildirişlərə abunə də ola bilərlər. Bununla da onlar, audio otağın nə zaman canlı yayıma başlayacağından xəbərdar olacaqlar. Clubhouse-da olduğu kimi istifadəçilər fikir bildirmək üçün xüsusi əl qaldırma düyməsinə klikləyə və reaksiyalar göndərə bilərlər.
    Linki kopyala