Facebook-da dəyişikliklərə görə Mark Zuckerberg 3.3 milyard dollar itirdi

Facebook-da dəyişikliklərə görə Mark Zuckerberg 3.3 milyard dollar itirdi

Sosial Media
14.01.2018 PAYLAŞIM

Mark Zuckerberg Facebook istifadəçilərinin xəbər lentlərində olacaq dəyişiklikləri elan edəndən sonra 3.3 milyard dollar itirib.

Bu barədə Bloomberg saytı xəbər verib. Beləliklə xəbər lentində dəyişikliklərin olacağı elanından sonra şirkətin səhmlərinin qiyməti 4% aşağı düşüb. Bunun nəticəsində Mark Zuckerberg-in 77.3 milyard dollarlıq sərvəti 74 milyard dollara düşüb. Zuckerberg-in bu dərəcədə vəsait itkisinə görə o, Bloomberg-in dünyanın ən varlı insanları reytinqində 4-cü yerini itirib. İndi isə həmin yeri Zara brendinin sahibi Amancio Ortega tutur. Onun sərvəti 76.2 milyard dollar dəyərində qiymətləndirilir. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, bundan sonra istifadəçilər öz xəbər lentlərində dostlarının və yaxınlarının paylaşımlarını daha çox görəcəklər. Beləliklə şirkətlərin, brendlərin və KİV-lərin kontentlərinin görünüşü bir qədər məhdudlaşdırılacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mark Zuckerberg Facebook-da olacaq yeni audio funksiyalar barəsində məlumat veri..

Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə..


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..

×