main-post-cover

    Facebook-da istifadəçi üzlərinin təyin edilməsi sistemi deaktiv ediləcək

    Sosial Media
    02.11.2021
    Farid Pardashunas
        Facebook sosial şəbəkəsi istifadəçi üzlərini təyin edən sistemi deaktiv edəcək. Bunun nəticəsində sosial şəbəbə öz sistemində istifadə edilmiş 1 milyarddan çox istifadəçi məlumatını siləcək. Bu barədə məlumatı Facebook-un sahibi olan Meta şirkəti verib. Üzlərin təyin edilməsi sistemini aktivləşdirmiş istifadəçilər bundan sonra foto və videolarda identifikasiya edilməyəcəklər və onların şablonları silinəcək. Facebook-un süni zəka üzrə vitse-prezidenti Jerome Pesenti-nin sözlərinə əsasən Facebook bu cür dəyişikliyi ona görə edir ki, o, üzlərin təyin edilməsi sisteminin istifadəsinin mümkün risklərini qiymətləndirmək istəyir.
        Qeyd etmək lazımdır ki, bu cür qərar cəmiyyətin sosial şəbəkənin bəzi qərarlarına etirazı fonunda qəbul edilib. İstifadəçi üzlərinin təyin edilməsi sistemi Facebook-da 2011-ci ildə istifadəyə verilib və istifadəyə verildiyi vaxtda bu sistem 500 milyon istifadəçi arasında avtomatik şəkildə aktivləşdirilib. Həmin vaxtda Tag Scanner adını əldə etmiş bu sistem digər istifadəçilər tərəfindən paylaşılan foto və videolarda sosial şəbəkə istifadəçilərinin təyin edilməsində istifadə olunurdu.
        Bu sistemin işə salınması ilə konfidensiallıq məsələsində problemlər yaranmağa başladı. Həmin problemlər bugünkü günə kimi öz aktuallıqlarını saxlayırlar. 2017-ci ildə Facebook üzlərin təyin edilməsi sisteminin genişləndirilmiş versiyasını və bu funksiyanın istifadəçilər tərəfindən deaktiv edilməsi imkanını təqdim etmişdi. Facebook bu sistemi deaktiv etsə də onun üzərində çalışmağa davam edəcək. Sosial şəbəkənin fikrincə bu texnologiyanı bəzi hallarda faydalı şəkildə istifadə etmək mümkündür. Üzlərin təyin edilməsi sistemi və onunla bağlı olan funksiyalar yaxın həftələrdə deaktiv ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər