main-post-cover

    Facebook-da kontenti qeyri-leqal kopyalanmadan qoruyan sistem işə salınıb

    Sosial Media
    22.09.2020
    Emil Nəcəfov
        Facebook şirkəti Rights Manager adlı müəllif hüquqlarının qorunması proqramını işə salıb. Sözügedən proqram paylaşımlardakı fotoları qeyri-leqal kopyalanmadan qoruyacaq. Bu barədə Rusbase saytı xəbər verib. Rights Manager proqramı Facebook-da və Instagram-da paylaşılmış fotoları qeyri-leqal kopyalanmadan qorumaq üçün fotoların müqayisəsi texnologiyasından istifadə edir.
        Sözügedən proqramdan istifadə etmək üçün səhifə administratoru yaratdığı kontenti qorumaq üzrə müvafiq sorğu göndərə bilər. Proqram isə öz növbəsində kontentdəki fotonun Facebook və Instagram-da eynisini tapmağa çalışacaq. Proqramın ayarlarında axtarışın geoqrafik özəlliklərini də seçmək mümkündür. Məsələn istifadəçi öz kontentindəki fotonun eynisini bütün dünya və ya ayrı-ayrı şəhərlər üzrə axtarışa verə bilər. Əgər sistem axtarışa verilmiş fotonun eynisini tapsa aşağıda qeyd olunmuş həll üsullarından birini seçmk olar:
    - Kontentin monitorinqi
    - Qeyri-leqal kopyalanmş kontentin bloklanması
    - Kopyalanmış kontentə orijinal mənbənin linkinin əlavə edilməsi
    - Qeyd olunmuş kontentin kopyalanması icazəsinə sahib partnyorun qeyd olunması.
    Linki kopyala