Facebook-da kontenti qeyri-leqal kopyalanmadan qoruyan sistem işə salınıb

Facebook-da kontenti qeyri-leqal kopyalanmadan qoruyan sistem işə salınıb

Sosial Media
22.09.2020 PAYLAŞIM

    Facebook şirkəti Rights Manager adlı müəllif hüquqlarının qorunması proqramını işə salıb. Sözügedən proqram paylaşımlardakı fotoları qeyri-leqal kopyalanmadan qoruyacaq. Bu barədə Rusbase saytı xəbər verib. Rights Manager proqramı Facebook-da və Instagram-da paylaşılmış fotoları qeyri-leqal kopyalanmadan qorumaq üçün fotoların müqayisəsi texnologiyasından istifadə edir.

    Sözügedən proqramdan istifadə etmək üçün səhifə administratoru yaratdığı kontenti qorumaq üzrə müvafiq sorğu göndərə bilər. Proqram isə öz növbəsində kontentdəki fotonun Facebook və Instagram-da eynisini tapmağa çalışacaq. Proqramın ayarlarında axtarışın geoqrafik özəlliklərini də seçmək mümkündür. Məsələn istifadəçi öz kontentindəki fotonun eynisini bütün dünya və ya ayrı-ayrı şəhərlər üzrə axtarışa verə bilər. Əgər sistem axtarışa verilmiş fotonun eynisini tapsa aşağıda qeyd olunmuş həll üsullarından birini seçmk olar:


- Kontentin monitorinqi

- Qeyri-leqal kopyalanmş kontentin bloklanması

- Kopyalanmış kontentə orijinal mənbənin linkinin əlavə edilməsi

- Qeyd olunmuş kontentin kopyalanması icazəsinə sahib partnyorun qeyd olunması.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti Youtube videoservisini online mağazaya çevirəcək

Youtube-da olan reklamlar artıq heç kimdə təəccüb yaratmır. Lakin görünür, yaxın zamanda videoservis..


Youtube-da təhqiredici şərhlərə nəzarət funksiyası istifadəyə veriləcək..

Youtube-da yerləşdirilən videolara yazıla şərhlər heç də hər zaman adekvat olmurlar və bəzi hallarda..


Bildirişlərin həmişəlik deaktiv edilməsi: Whatsapp-a yeni faydalı funksiyalar əl..

Məşhur Whatsapp messenceri yaxın zamanda yeni özəlliklər əldə edəcək. Messencerin Android üçün nəzər..


Instagram ilə Messenger arasında mesajlaşma imkanı: Instagram-a yeni funksiyalar..

Facebook şirkəti Messenger və Instagram istifadəçiləri arasında mesaj göndərmək imkanını aktivləşdir..


Facebook şirkəti öz servislərindəki istifadəçilərin məlumatlarını vahid platform..

Facebook şirkəti istifadəçi hesabları mərkəzinin (Accounts Center) testinə startın verildiyini elan ..

×