Facebook-da pornointiqam və 2 illik həbs cəzası

Facebook-da pornointiqam və 2 illik həbs cəzası

Sosial Media
16.01.2018 PAYLAŞIM

Keçən ilin Noyabr ayında məlum olmuşdu ki, Facebook dövrünün sosial mediada yeni hadisələrindən biri də pornointiqamdır.

Belə ki, münasibətdə olmuş və sonradan ayrılmış iki şəxsdən biri digərini bütün dünya qarşısında biabır etmək üçün onun çılpaq foto və videolarını paylaşır. Qanuni cəhətdən bu cür kontentin hansısa şəxsin razılığı olmadan sosial mediada yaymaq dələduzluq hesab olunur və belə dələduzluğa görə Daniyada artıq 1000-dən çox insan cəzalandırılıb. Bu, tarix boyu bu cür vəziyyətlə bağlı ən böyük haldır. Bu barədə Mashable saytı xəbər verib.



Polislərin məlumatlarına əsasən bu il 15 yaşlı iki şəxsin iştirakı ilə Facebook Messenger vasitəsilə 2 video və 1 foto göndərilmişdir. Video şəbəkə ilə 100 dəfə göndərilmişdir. Videonun yayılmasında isə ümumilikdə 1004 şəxs günahlandırılır. Onlardan 800-ü kişidir. Videonu paylaşmış şəxslərdən çoxu bunu bir dəfə edib. Digərləri isə videonu 100 dəfə paylaşıblar. Onlar bunu qanunsuz olduqlarını bildikləri halda ediblər. Məlumata əsasən “Facebook”a videonun yayılması barəsində bildirişlər gəlib və şirkət bu barədə ABŞ hökumətinə məlumat verib.

Daha sonra məlumatlar Daniya polislərinə ötürülüb. Onlar isə öz istintaqlarına start veriblər. Daniyanın qanunvericiliyinə görə bu cür kontentin yayılması halında istənilən şəxsi 2 ilədək azadlıqdan məhrum etmək cəzası gözləyir. Buna baxmayaraq sözügedən halda günahlandırılan şəxslər 20 gün müddətinə azadlıqdan məhrum olunmaq cəzası ilə qarşılaşırlar. Lakin hər halda onlar növbəti 10 il üçün qanun pozucuları siyahısına düşəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..

×