Facebook-da yayılan əsassız xəbərləri necə müəyyən edə bilərik?

Facebook-da yayılan əsassız xəbərləri necə müəyyən edə bilərik?

Sosial Media
16.03.2018 PAYLAŞIM

   Facebook əsassız xəbərlərlə mübarizə aparmaq məqsədilə öz veb saytında ''Yardım Mərkəzi'' başlığı altında ''Əsassız xəbərləri müəyyən etmək üçün nə etmək lazımdır?'' adlı bir məqalə yayımlamışdı. Bu məqalədə Facebookda yayımlanan xəbərlərin saxta olub-olmamasını anlamaq üçün istifadəçilərə bəzi məlumatlar verilirdi.

   Paylaşım edilməzdən əvvəl xəbər mənbəyinin və internet adresinin (URL) etibarlı olub-olmadığı müəyyən edilməlidir. Şübhəli və etibarlı olmayan linkləri açdıqda viruslar cihazlarınıza avtomatik yerləşir. TechNote olaraq əsassız xəbərlərə qarşı istifadəçiləri diqqətli olmağa çağırırıq:


Başlıqlara şübhəylə yanaşın:

Çox vaxt əsassız xəbərlərin başlığı tamamilə böyük hərflərdən və nidalardan ibarət olur. Başlıqdakı sarsıdıcı iddialar sizə inanılmaz gəlirsə ehtimal ki, inanmamaqda haqlı çıxacaqsınız.

Mənbəni araşdırın:

Xəbərin düzgünlük baxımından etibarlı və güvəndiyiniz mənbə tərəfindən yazıldığına əmin olun. Xəbər tanımadığınız platformadandırsa platforma haqqında məlumat almamış linkə keçid etməyin

Yazı formasının qeyri-adi olub-olmamasına fikir verin:

Bir çox əsassız xəbər saytlarında yazılış səhvləri və ya qəribə səhifə dizaynları mövcud olur. Bunları görsəniz, xəbərə diqqətlə yanaşın

Fotolara diqqətlə baxın:

Əsassız xəbərlər çox zaman dəyişikliklər aparılmış şəkil və videogörüntülərdən ibarət olur. Bəzən foto real olduğu halda mövzuya aid olmaya bilir. Haradan götürüldüyünü təsdiqləmək üçün fotonu və ya videogörüntünü internetdə axtarışa verin.

Başqa xəbər mənbələrinə baxın:

Eyni xəbərdən yazan başqa bir mənbənin olmaması həmin xəbərin saxta olduğunu göstərir. Xəbər güvəndiyiniz birdən çox mənbə tərəfindən bildirilirsə doğru olmaq ehtimalı yüksəkdir.

QEYD: Yalan məlumatın və xəbərin yayılması üçün əlverişli mühit olan sosial mediada əsassız və uydurma xəbərlərə qarşı diqqətli olmağı vacib edən səbəblərlə Facebook Yardım Mərkəzində tanış ola bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..


Yaxın zamanda Whatsapp-ın köhnə əməliyyat sistemlərində dəstəyi dayandırılacaq..

Whatsapp tərtibatçıları yaxın zamanda messencerin köhnə əməliyyat sistemli smartfonlarda dəstəyinin ..


Whatsapp-a sonuncu dəfə daxil olma zamanını konkret insanlardan gizlətmək mümkün..

Hal hazırda Whatsapp messencerə son daxil olma zamanının, istifadəçi fotosunun və istifadəçi barəsin..


Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

Telegram-ın yeni versiyası istifadəçilərə bəzi faydalı funksiyaları təqdim edib.


Instagram istifadəçilərdən doğum tarixlərinin mütləq şəkildə qeyd edilməsini təl..

Instagram istifadəçiləri öz doğum tarixlərinin mütləq şəkildə qeyd olunması üzrə xüsusi bildiriş əld..

×