
Facebook'da yeni funksiya: İstifadəçilər sosial şəbəkədə nə qədər vaxt keçirtdiklərini biləcəklər
Sosial Media
25.06.2018
Emil
Facebook-da istifadəçilərin sosial
şəbəkədə nə qədər zaman keçirtdiklərini öyrənməyə imkan verəcək yeni funksiya
üzərində çalışırlar. Sosial şəbəkədə “Your Time on Facebook” adlı yeni
funksiyanı Massaçusets Texnologiya Universitetinin tələbəsi Facebook-un mobil
tətbiqinin kodunda aşkar edib. Kalkulyator keçmiş həftə ərzində sizin hərgün sosial şəbəkədə
nə qədər zaman keçirtdiyinizi göstərir.

Bundan əlavə olaraq gün ərzində Facebook-da
keçirilmiş müddəti də hesablamaq mümkündür. Bununla yanaşı istifadəçi istədiyi
zaman sosial şəbəkənin mobil versiyasından istifadəyə limit də qoya bilər.
Qoyulmuş vaxt limitinin bitməsindən sonra smartfon ekranında bildiriş əks
olunacaq və tətbiq avtomatik olaraq bağlanacaq. Facebook isə öz növbəsində bu
cür funksiyanın üzərində çalışdığını təsdiqləyb. Lakin bu yeni funksiyanın rəsmi
olaraq nə zaman istifadəyə veriləcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
