Facebook-dakı təhqiredici ifadələrə görə pakistanlı şəxsə ölüm hökmü oxundu

Facebook-dakı təhqiredici ifadələrə görə pakistanlı şəxsə ölüm hökmü oxundu

Sosial Media
14.06.2017 PAYLAŞIM

Antiterror məhkəməsi, 30 yaşlı pakistanlıya ölüm hökmü çıxardıb.

Səbəb isə həmin şəxsin Facebook-da Məhəmməd peyğəmbər barəsindəki təhqiredici şərhlər olub. Bu, dünyada ilk haldır ki, məşhur sosial şəbəkədə hansısa şəxsin mənfi əməl törədərək ona ölüm hökmü çıxarılır. Məlumata əsasən Taimoor Raza adlı 30 yaşlı pakistanlını hələ keçən il həbs ediblər. Raza, Facebook-da istifadəçilərdən biri ilə diskussiya aparıb. Diskussiya apardığı istifadəçi isə terrorçuluqla mübarizə üzrə casus imiş. Antiterror məhkəməsi, Facebook-da yaşanmış diskussiya zamanı Raza tərəfindən işlədilmiş sitatları təqdim etməyib. Raza-nın vəkilinin verdiyi məlumata əsasən ittiham olunan Raza əslində yerli cinayət məcəlləsinin 298A maddəsinə uyğun olaraq cəzalandırılmalı idi. Bu maddəyə əsasən dini şəxsləri təhqir etmiş insanlar 2 il müddətinə azadlıqdan məhrum olunurlar. Lakin sonradan Raza-nın, Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün onu 295C maddəsilə ittiham ediblər. Pakistanda kafirlik ciddi cinayət hesab edilir. Məhəmməd peyğəmbərin təhqir olunması kimi həyata keçirilmiş cinayət isə dəhşətli cəza ilə nəticələnir. Məlumata əsasən 10-larla Pakistan vətəndaşı, 295C maddəsi ilə cəzalandırılıb. Pakistan höküməti aktiv şəkildə qanunu pozanları axtarır və bu işdə Twiter və Facebook-dan yardım istəyir. Sakinlər həmçinin SMS vasitəsilə qanunu pozan şəxs barəsində məlumat vermək hüququna sahibdir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti Maps servisinin daxilində sosial şəbəkə yaradıb

Bir çoxları Google Maps-dən naviqasiya və lazımi yerlər barəsində məlumatların əldə olunması üçün is..


Telegram-a böyük yenilənmə gəlib: Yeni funksiyalar nələrdir?

Telegram tərtibatçıları mesencerin yeni versiyasını təqdim ediblər. Yeni versiya çoxdan gözlənilən b..


Yenilənmiş Whatsapp-da hansı funksiyalar reallaşdırılacaq?

Whatsapp messenceri yaxın zamanda yeni funksiyalara sahib olacaq.


Facebook Messenger-in iOS versiyasına əlavə təhlükəsizlik funksiyası əlavə edili..

Facebook özünün Messenger-i üçün əlavə təhlükəsizlik funksiyasını anons edib.


ABŞ hökuməti TikTok-u öz regionunda bloklaya bilər

Donald Trump administrasiyası Çinin ByteDance şirkətini (TikTok servisinin sahibi) öz qara siyahısın..


Instagram özünün TikTok rəqibi Reels servisini işə salmağa hazırlaşır

Instagram-ın TikTok rəqibini hazırladığı barəsində məlumat çoxdan gəzirdi. İndi isə məşhur fotoservi..

×