main-post-cover

    Facebook Gaming: Facebook öz yeni mobil tətbiqi vasitəsilə Twitch ilə rəqabətə girir

    Sosial Media
    20.04.2020
    Farid Pardashunas
        Facebook şirkəti videooyunların canlı yayımda göstərilməsi üçün Facebook Gaming adlı mobil tətbiqi təqdim edib. Bu barədə The New York Times saytı xəbər verib. Beləliklə oyun platformalarının streamingi bazarında Facebook şirkəti Twitch servisi ilə rəqabət aparmaq niyyətindədir. Facebook sözügedən tətbiqi bu ilin yay fəslində işə salmağı planlaşdırırdı.
        Lakin koronavirus pandemiyası zamanı oyunlara artan tələbat səbəbilə Facebook Gaming vaxtından əvvəl təqdim olundu. İşə salınmazdan öncə sözügedən servis Cənub-Şərqi Asiyada və Latın Amerikasında il yarım ərzində test mərhələsindən keçib. Facebook Gaming tətbiqi artıq Google Play-də aktivdir və yaxın zamanda App Store-da da aktiv olacaq.
        Qeyd etmək lazımdır ki, servisdə hələ ki, reklam olmayacaq. Servisdə olacaq canlı yayımların izləyiciləri strimmerlərə “ulduzlar” şəklində vəsaitlər göndərə biləcəklər. Facebook isə onlardan komissiya əldə edəcək. Şirkət təmsilçiləri qeyd ediblər ki, onlar indiki mərhələdə fərdi videooyun auditoriyasını yaratmaq istəyirlər. Məhz bundan sonra servisin əlavə gəlir mənbələri haqqında düşünmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər