Facebook hələ də WhatsApp-a reklam yerləşdirmək istəyir
Sosial Media
24.04.2020
Nijat Hamid
Aylar əvvəl Facebook-un WhatsApp-a reklam yerləşdirməyi planladığı xəbəri bütün internetdə gündəm olmuşdu. İstifadəçilər bunun olmasını istəmirdi. Bu tənqidlərin üzərinə Facebook bir daha bu haqda danışmadı. Lakin yenı çıxan xəbərlərə görə şirkət hələ də WhatsApp-a reklam yerləşdirməyi düşünür. Bu haqda Engadget platformuna danışan Facebook rəsmisi bu addımın Facebook-un yararına olacağını təsdiqlədi.
Facebook, 2018-dən bəri WhatsApp-a reklam yerləşdirmək planını düşünür. Lakin dəqiq qərar hələ verilməyib.
Facebook rəsmisinin dediklərinə görə reklamlar WhatsApp statuslarına yerləşdirilə bilər. Bu halda şirkət yüksək məbləğlərdə gəlir əldə edə bilər. Deyilənə görə Facebook şirkəti bunu WhatsApp ilə Facebook platformalarını birləşdirdikdən sonra etməyi düşünür. Bunun nə zaman olacağı bilinmir, lakin Facebook-da idarəçilərdən bəziləri bunun olacağı halında bir çox WhatsApp istifadəçisinin Facebook hesablarını bağlayacağını düşünür.
The Information-a görə Facebook-un mesajlaşma servislərini birləşdirməsi uzun bir vaxt alacaq. Bu da bizə WhatsApp-a reklamların uzun müddət sonra gələcəyini göstərir. Qısaca indilik narahat olmalı bir səbəb yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)