Logo
    main-post-cover

    Facebook hesabınızın təhlükəsizliyi üçün sosial şəbəkəyə üz tanıma sistemi gəlir

    Sosial Media
    30.09.2017
    Emil
    “Facebook”, sosial şəbəkədəki hesabın, üz skanı vasitəsilə bərpa olunması funksiyasını test edir.
    Bu funksiya, bir növ iPhone X modelindəki Face ID texnologiyasına bənzəyir. Bu barədə Techcrunch xəbər verib. Şirkət ümid edir ki, bu yeni funksiya, artıq var olan iki faktorlu autentifikasiya özəlliyini tamamlayacaq və daha yaxşı təhlükəsizliyi təmin edəcək. Məlumata əsasən üz tanıma sistemi, yalnız hesabınıza girişi reallaşdırdığınız cihazlarda aktiv olacaq. Bununla yanaşı hələki məlum deyil ki, bu yeni funksiya hamı üçün aktiv olacaq yoxsa yox. Yeni funksiyanın test çərçivəsində onun necə güvənli və faydalı olduğu şirkət tərəfindən müəyyən ediləcək.

    Paylaş
    Bənzər xəbərlər