Logo
    main-post-cover

    Facebook ilə Instagram-ın ödənişli versiyaları istifadəyə verilə bilər

    Sosial Media
    03.10.2023
    Emil
        Facebook Instagram-ın Avropadakı istifadəçiləri yaxın zamanda seçim qarşısında qala bilərlər. Sözügedən sosial şəbəkələrin reklamsız şəkildə ödənişli versiyalarından istifadə etmək və ya onların personallaşdırılmış reklamlara sahib versiyalarından istifadə etməyə davam etmək? Bu cür təklif Meta şirkəti tərəfindən Avropa Birliyinin tənzimləyici orqanlarına göndərilib. Plana əsasən Meta şirkəti Avropadakı istifadəçilərdən Facebook və ya Instagram-dan istifadəyə görə aylıq 10 avro ödəniş tələb edəcək. İstifadəçinin hər əlavə hesabı üçün isə 6 avro tələb ediləcək. Qeyd etmək lazımdır ki, 10 avroluq qiymət sosial şəbəkələrin veb versiyalarından istifadə üçün nəzərdə tutulur.
        Onların mobil versiyalarından istifadə üçün nəzərdə tutulmuş qiymət göstəricisi isə 13 avro təşkil edəcək. Belə ki, Meta şirkəti App Store ilə Google Play-dəki komissiyaları nəzərə alacaq. Avropa Birliyinin tənzimləyici orqanlarının sərt qanunlarına cavab olaraq Meta öz servislərinin yeni monetizasiyası üsulunu təqdim edib. Əgər Avropadakı istifadəçilər bu sosial şəbəkələrdə hədəflənmiş reklamları görmək istəmirlərsə, deməli onlar sosial şəbəkələrin ödənişli versiyalarından istifadə etməli olacaqlar. Bu, Meta-nın Avropa Birliyinin yeni qaydalarından yan keçmək cəhdidir.
        Belə ki, Avropa Birliyinin yeni qaydaları istifadəçilərin ilkin razılıqları olmadan onlara hədəflənmiş reklamların sərgilənməsini qadağan edə bilərlər. Bu isə öz növbəsində Meta-nın əsas gəlir mənbəyini təhlükə altına atır. Meta-nın CEO-su Mark Zuckerberg uzun illər ərzində bəyan edirdi ki, şirkətin əsas xidmətləri pulsuz şəkildə qalmalı və reklamlar vasitəsilə dəstəklənməlidirlər. Lakin Avropa Birliyinin tənzimləyici orqanları tərəfindən qəbul edilən sərt qanunlar və digər sosial platformalarda ödənişli abunəliklərin istifadəyə verilməsi Meta şirkətini ödənişli xidmətlər təklif etməyə məcbur edir. Avropa Birliyinin tənzimləyici orqanlarının Meta-nln bu təklifini qəbul edib-etməyəcəkləri bilinmir.
    Paylaş
    Bənzər xəbərlər