Facebook istifadəçi məlumatlarının sızdırılması ilə bağlı 200 tətbiqin fəaliyyətini dayandırıb

Facebook istifadəçi məlumatlarının sızdırılması ilə bağlı 200 tətbiqin fəaliyyətini dayandırıb

Sosial Media
15.05.2018 PAYLAŞIM

    Facebook şirkəti böyük həcmdə istifadəçi məlumatlarına sahib ola biləcək tətbiqləri analiz edib və onlardan 200-nün fəaliyyətini beynəlxalq qalmaqal ilə yekunlaşmış istifadəçi məlumatlarının sızdırılması hadisəsinin istintaqı çərçivəsində dayandırıb. Bu barədə şirkətin vitse prezidenti Ime Archibong bildirib. Həmin tətbiqlər Facebook mütəxəssisləri tərəfindən onların fəaliyyətlərinin analizinin bitməsinə kimi deaktiv edilib.

    Əgər məlum olsa ki, hansısa tətbiq istifadəçi məlumatlarından suistifadə edib, həmin tətbiqin fəaliyyəti sosial şəbəkə daxilində məhdudlaşdırılacaq və tətbiqdən istifadə etmiş şəxslər təhlükəsizlik baxımından bu barədə məlumatlandırılacaqlar. Vitse prezidentin verdiyi məlumata əsasən 2014-cü ildə sosail şəbəkənin siyasətindəki dəyişikliklərin edilməsindən öncə böyük həcmdə istifadəçi məlumatlarına sahib ola biləcək bütün tətbiqlər yoxlanılır.


    Sözügedən istintaq iki mərhələdə keçirilir. İlk öncə Facebook komandası böyük həcmdə istifadəçi məlumatına sahib ola biləcək tətbiqlərin icmalını aparır və sonradan şübhəli hal ilə rastlaşan halda bu cür tətbiqlərin tam yoxlanışını keçirdir. Vitse prezident həmçinin qeyd edib ki, bu istintaq mümkün olduğu dərəcədə maksimal şəkildə dəqiq və vaxtında keçirilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..

×