Facebook istifadəçilərinin xəbər lentlərinə dəyişiklik gəlir

Facebook istifadəçilərinin xəbər lentlərinə dəyişiklik gəlir

Sosial Media
12.01.2018 PAYLAŞIM

“Facebook”un yaradıcısı Mark Zuckerberg istifadəçilərin xəbər lentlərinin quruluşunda dəyişikliklərin olacağını elan etdi.

Bu dəyişikliklər sayəsində xəbər lenti daha özəl olacaq və digər şirkətlərin xəbər, video və s. kimi paylaşımları məhdudlaşdırılacaq. “İlk dəyişikliklər xəbər lentinə təsir edəcək. Siz istifadəçilər öz dostlarınız, ailə üzvləriniz və qruplarınız barədə daha çox məlumat əldə edəcəksiniz. Bunu ön plana çəkdiyimiz üçün siz brendlərin, KİV-lərin və şirkətlərin ictimai kontentləri az görəcəksiniz” – deyə Mark bildirib.

O qeyd edib ki, istifadəçilər öz yaxınlarının postlarını görməyə imkan verməyən çoxlu sayda kontentlərin ön plana keçməsindən şikayətlənirlər. O güman edib ki, sosial şəbəkədə sürətlə yayılan hansısa kontent istifadəçilərin öz yaxınları barəsində məlumatları arxa plana çəkir. O həmçinin bildirib ki, yeni dəyişikliklər nəticəsində ola bilər ki, insanlar Facebook-da daha az vaxt keçirtsinlər. Lakin onun üçün ən əsas olan bu az keçirilmiş vaxtın daha dəyərli olmasıdır. Yeni dəyişikliklərin inteqrasiyası üçün bir neçə ay lazım olduğu qeyd edilib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mark Zuckerberg Facebook-da olacaq yeni audio funksiyalar barəsində məlumat veri..

Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə..


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..

×