
Facebook Lite tətbiqinə Dark Mode rejimi əlavə olundu
Sosial Media
17.02.2020
Emil
Heç gözlənilmədən Facebook şirkəti Facebook Lite adlı əss olmayan tətbiqinə Dark Mode rejimini əlavə etdi. Bu barədə Android Police saytı xəbər verib. Dark Mode rejimi Facebook Lite tətbiqinin stabil versiyasına əlavə edilib. Həmin rejimi isə tətbiqin ayarlarında aktivləşdirmək olar. Sözügedən rejimdə sosial şəbəkənin interfeysinin necə göründüyünə fotolardan baxmaq olar.

Təəssüflər olsun ki, Dark Mode rejimi AMOLED ekranlı smartfonlar üçün optimizasiya edilməyib. Buna baxmayaraq qaranlıq mühitdə Dark Mode rejiminə sahib interfeysdən istifadə etmək yenə də rahatdır. Dark Mode rejimli Facebook Lite tətbiqini artıq Google Play-dən yükləmək olar. Dark Mode rejiminin adi Facebook tətbiqinə nə zaman əlavə ediləcəyi bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
