
Facebook məlumatları sızdırılmış istifadəçilərin dəqiq sayını açıqladı
Sosial Media
04.04.2018
Emil
Facebook şirkəti Cambridge
Analytica-nın iştirakı ilə məlumat sızıntısından zərər çəkmiş istifadəçilərin
tam dəqiq sayını açıqlayıb. İlk əvvəl məlumat verilmişdi ki, bu hadisə çərçivəsində
50 milyon istifadəçi zərər çəkib. İndi isə məlum olub ki, əslində söhbət 87
milyon istifadəçidən gedir. Sosial şəbəkə Cambridge Analytica şirkətinin hansı
məlumatları əldə etdiyi barəsində zərər çəkmiş istifadəçilərə bildiriş göndərərək
onları məlumatlandıracaq.
İsitfadəçilər bildirişi ana səhifənin yuxarı hissəsində
görəcəklər. Həmin bildirişdə həmçinin şəxsi məlumatlardan istifadə edən bütün tətbiqlərin
adları da yerləşdiriləcək. İsitfadəçilər daha sonradan həmin tətbiqləri silə
bilərlər. Qeyd etmək lazımdır ki, Cambridge Analytica şirkəti sosial şəbəkənin
qaydalarından yan keçərək istifadəçilərin də xəbəri olmadan onların məlumatlarını
əldə edib. Şirkət həmin məlumatları siyasi reklamların və həmçinin 2016-cı ildə
Donald Trump-ın seçkiqabağı kampaniyasının inkişafında istifadə edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
