Facebook Messenger'də göndərilmiş mesajları silmək funksiyası hamı üçün aktiv edildi

Facebook Messenger'də göndərilmiş mesajları silmək funksiyası hamı üçün aktiv edildi

Sosial Media
06.02.2019 PAYLAŞIM

    Keçən ilin payız fəslində Facebook Messenger tərtibatçıları çat daxilində göndərilmiş mesajların silinməsi funksiyasını istifadəyə vermişdilər. Lakin ilkin mərhələdə bu funksiya yalnız 4 ölkədə aktivləşdirilmişdi. İndi isə yeni funksiya hamı üçün aktiv hala gəlib. Göndərilmiş hansısa mesajı özəl və ya qrup çatlarında göndərdikdən sonrakı 10 dəqiqə ərzində silmək mümkündür. Qeyd etmək lazımdır ki, Whatsapp-da bu vaxt limiti 1 saatdır. Sözügedən yeni funksiya Messenger-in iOS Android versiyasına əlavə edilib.

    Beləliklə göndərilmiş mesajı necə silmək olar? Göndərilmiş mesajın üzərinə klikləyərək saxlamaq lazımdır. Açılmış yeni pəncərədə isə “Remove for Everyone” düyməsini klik etmək lazımdır. Qeyd etmək lazımdır ki, mesajı sildikdən sonra da həmin mesaj bir neçə müddət Facebook serverlərində qalacaq. Belə ki, hansısa istifadəçinin şikayəti zamanı Facebook-un dəstək xidməti məsələni aydınlaşdıra bilsin. Bununla belə ikinci şəxs birinci şəxs tərəfindən silinmiş mesajın bildirişini əldə edəcək. Yəni həmin şəxs mesajı silib.

Bənzər xəbər



    Sözügedən funksiya Facebook-un web versiyasında da çalışır. Lakin tərtibatçılar bu funksiyanı hələki Messenger Lite tətbiqinə əlavə etməyiblər. Qeyd etmək lazımdır ki, bütün bu məsələ Mark Zuckerberg ilə baş vermiş hadisədən sonra yarandır. Belə ki, keçən ilin yaz fəslində kütləvi informasiya vasitələrinin nümayəndələri fikir verdilər ki, Mark Zuckerberg-in onlara göndərmiş olduğu bəzi mesajlar yoxa çıxmağa başlayıb. Beləliklə adi istifadəçilərin bu məsələyə etiraz edəcəklərini bilərək Facebook tərtibatçıları sözügedən funksiyanı hamı üçün aktiv edəcəklərini söz vermişdilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon şirkəti Clubhouse analoqu üzərində çalışır

Verilmiş məlumata əsasən Amazon şirkəti canlı yayım çərçivəsində audio dinləmək üçün nəzərdə tutulmu..


Telegram özünün reklam platformasını istifadəyə verib

Telegram öz reklam platformasının istifadəyə verildiyini elan edib.


ABŞ-ın keçmiş prezidenti Donald Trump öz sosial şəbəkəsini istifadəyə verəcək..

ABŞ-ın keçmiş prezidenti Donald Trump TRUTH Social adlı fərdi sosial şəbəkəni istifadəyə verəcəyini ..


Sabahdan Instagram-a foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmə..

Instagram tərtibatçıları məşhur fotoservis üçün böyük yenilənməni elan ediblər.


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..

×