
Facebook Messenger'ə mesajlarla bağlı yeni faydalı funksiya əlavə olundu
Sosial Media
21.03.2019
Emil
Bir neçə müddət bundan öncə Facebook şirkəti Messenger-ə Dark Mode rejimi əlavə etmişdi. İndi isə şirkət sözügedən messencer üçün daha bir faydalı funksiyanı anons edib. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Facebook Messenger-ə konkret bir mesaja cavab vermək funksiyası əlavə olunub. Bunun sadəcə olaraq müəyyən bir mesajın üzərinə klikləyib saxlamaq və daha sonra “Reply” düyməsini klik etmək lazımdır. Maraqlısı ondadır ki, bu funksiya Facebook Messenger-ə hələ indi əlavə olunub. Belə ki, Facebook-un sahib olduğu Whatsapp-da bu funksiya artıq çoxdandır ki, var. Konkret mesajlara cavab vermək funksiyası Messenger-də artıq aktivləşdirilib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
