
Facebook Messenger-in iOS versiyasına əlavə təhlükəsizlik funksiyası əlavə edilib: Yenilik nədir?
Sosial Media
23.07.2020
Emil
Facebook özünün Messenger-i üçün əlavə təhlükəsizlik funksiyasını anons edib. Belə ki, bundan sonra istifadəçilər Messenger ayarlarında App Lock funksiyasını aktiv edə bilərlər. Bu funksiya vasitəsilə istifadəçilər tətbiqi barmaq izi skanı və ya Face ID vasitəsilə aktivləşdirə bilərlər. Bu barədə Vc.ru saytı xəbər verib.
Qeyd etmək lazımdır ki, bu yeni funksiya hələki iPhone və iPad-lərdə reallaşdırılıb. Android cihazların istifadəçiləri üçün isə bu funksiya bir neçə aydan sonra təqdim olunacaq. Bundan əlavə olaraq Facebook qeyd edib ki, gələcəkdə istifadəçilər hansı şəxslərdən mesajların və zənglərin qəbul edilməsini də seçə biləcəklər. Hal hazırda bu cür funksiya Instagram-da mövcuddur.
.png)
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
