Logo
    main-post-cover

    Facebook Messenger-in macOS versiyası istifadəyə verildi

    Sosial Media
    06.03.2020
        Facebook tərtibatçıları Messenger-in macOS əməliyyat sistemində testinə start veriblər. Bu barədə Techcrunch saytı xəbər verib. Sözügedən əməliyyat sistemi üçün olan Messenger versiyası Electron framework-u əsasında qurulub. Messenger-in macOS versiyası mobil versiyadakı olan funksiyaları əldə edib. Belə ki, macOS versiyada da dostlarla yazışmaq, faylar, stikerlər, emojilər göndərmək, videozənglər reallaşdırmaq və qrup çatlarında iştirak etmək olar.
        Bundan əlavə olaraq Messenger-in macOS versiyası həmçinin Dark Mode rejimini də dəstəkləyir. Messenger artıq App Store online mağazasında təqdim olunub. Lakin hazırki mərhələdə ondan yalnız Fransa, Polşa, Avstraliya və bir neçə digər ölkə istifadəçiləri istifadə edə bilərlər. Messenger-in macOS versiyasının hamı üçün nə zaman aktiv olacağı bilinmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Facebook Messenger-in macOS versiyası istifadəyə verildi | Technote