Facebook Messenger-in videozəngləri üçün Screen Sharing funksiyası əlavə edilib
Sosial Media
17.07.2020
Farid Pardashunas
Facebook şirkəti özünün Messenger tətbiqinə yeni faydalı funksiyanı əlavə edib. Söhbət, Screen Sharing funksiyasından gedir. Bu barədə Gagadget saytı xəbər verib. Bu funksiya vasitəsilə istifadəçilər videozəng zamanı həmsöhbət olduqları şəxslərə smartfonlarının ekranlarını sərgiləyə bilərlər. Sözügedən funksiya 8 nəfərdən 16 nəfərə kimi iştirakı nəzərdə tutulmuş Rooms servisində istifadə etmək olar. Yaxın zamanda tərtibatçılar bu funksiyanı həmçinin 50 nəfərin iştirakı ilə reallaşdırılan videozənglərə də inteqrasiya edəcəklər. Screen Sharing funksiyası sosial şəbəkənin veb versiyası da daxil olmaqla artıq aktivləşdirilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)