Logo
    main-post-cover

    Facebook Messenger üçün yeni faydalı funksiyalar istifadəyə verilib

    Sosial Media
    08.12.2023
    Emil
         Meta şirkəti Facebook Messenger üçün bir sıra faydalı funksiyanı istifadəyə verib. Əsas yenilik messencerdəki mesajlar üçün end-to-end şifrələnməsinin standart olaraq tətbiq edilməsidir. Yəni bu özəlliyi artıq fərdi şəkildə aktivləşdirmək lazım gəlməyəcək. End-to-end şifrələnməsi bundan sonra Messenger-də standart şəkildə aktiv olacaq. Beləliklə mesajları yalnız siz və həmsöhbət olduğunuz şəxslər oxuya biləcəklər. Bundan əlavə olaraq Messenger istifadəçiləri göndərilmiş mesajların redaktə edilməsi funksiyasını əldə ediblər.
         Lakin bu və ya digər mesajın redaktə edilməsi onun göndərildiyi andan 15 dəqiqə ərzində aktiv olur. Üstəlik istifadəçi bundan sonra qəbul etmiş olduğu mesaja baxılma işarəsini deaktiv edə biləcək. Digər bir yenilik isə qəbul edilmiş səsli mesajların sürətləndirilmiş şəkildə dinlənilməsidir. İstifadəçi öz istəyinə uyğun olaraq səsli mesajları 1.5x və ya 2x sürətlə dinləyə bilər. Bu yeni funksiyalar tədricən istifadəçilər arasında istifadəyə verilir.
    Paylaş