Facebook, Messenger, Whatsapp, Instagram kimi servislər qlobal nasazlıq səbəbilə çöküblər

Facebook, Messenger, Whatsapp, Instagram kimi servislər qlobal nasazlıq səbəbilə çöküblər

Sosial Media
05.10.2021 PAYLAŞIM

    Bir neçə saat bundan öncə məşhur servislərin çalışmalarında ciddi problemlər yaşanmağa başladı. Whatsapp, Facebook, Messenger, TikTok, Netflix, Steam Playstation kimi servislər ümumiyyətlə çalışmırlar. Mütəxəssislər baş vermiş nasazlığın səbəbini artıq aşkar ediblər. Məlum olub ki, Facebook və Instagram-ın yerləşdikləri server ünvanının necə tapılması prosesini sistemlərə başa salan DNS yazıları səhər saatlarında qlobal yönləndirmə lövhəsindən siliniblər.

    Bu səbəbdən də istifadəçilər sosial şəbəkələrə daxil olmaq istədiklərində onlar DNS_PROBE_FINISHED_NXDOMAIN problemi ilə qarşılaşırlar. Buna baxmayaraq sosial şəbəkələrin ana səhifələri bəzi hallarda uğurla yüklənir. TikTok, Twitter, Amazon, Steam Google kimi servislər də baş vermiş nasazlıqdan əziyyət çəkirlər. Milyonlarla istifadəçilərin bu servislərdən məhrum olduqları üçün Telegram serverləri yüksək yüklənmədən əziyyət çəkirlər. Facebook və Instagram təmsilçiləri bildiriblər ki, onlar bu problemdən xəbərdardırlar və onun tez zamanda həll olunması üçün əllərindən gələni edirlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Sabahdan Instagram-a foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmə..

Instagram tərtibatçıları məşhur fotoservis üçün böyük yenilənməni elan ediblər.


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..


Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər gö..

Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşa..


Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların ..


Facebook Clubhouse tərz audio otaqları hamı üçün istifadəyə verib

Hələ bu ilin aprel aynda Facebook bildirmişdi ki, o, yeni audiofunksiyalar üzərində çalışır və həmin..

×