
Facebook özündə Instagram'ın vacib özəlliyini test edir
Sosial Media
15.11.2019
Emil
Facebook özündə "Məşhur fotolar" bölməsi yaradaraq Instagram-ın bəzi elementlərini kopyalamağı qərara alıb. Məşhur fotolar bölməsi dostlardan və izlənən səhifələrdən olan yeni fotoların əks olunduqları sonsuz xəbər lentidir. Bu barədə Techcrunch saytı xəbər verib. Məşhur fotolar bölməsi adi xəbər lentindən fərqli olaraq əsas səhifəni daha rahat şəkildə izləməyə imkan verir.

Nəticədə hansısa linkə daxil olmağa ehtiyac yoxdur və həmçinin istifadəçi hansısa kontenti digəri ilə səhv salmır. Belə ki, bundan sonra istifadəçi sadəcə olaraq onu maraqlandıran fotolara baxa biləcək. Hal hazırda Facebook tətbiqinin interfeysi Snapchat, TikTok və Instagram-dan fərqli olaraq daha ağır görünür. Bu səbəbdən istifadəçi hər dəfə hansısa paylaşıma daxil olmaq üçün bir qədər əziyyət çəkməlidir. Yuxarıda sadalanmış servislərdə isə sadəcə olaraq sadə swype sistemi reallaşdırılıb. Bu yeni bölmənin Facebook-a nə zaman inteqrasiya olunacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
