main-post-cover

    Facebook özünün TikTok analoqu olan Reels servisini işə salıb

    Sosial Media
    06.08.2020
    Farid Pardashunas
        Facebook şirkəti qısa videoların hazırlanması üçün nəzərdə tutulmuş Reels adlı servisi işə saldığını elan edib. Sözügedən servis Instagram daxilində işə salınıb və TikTok-la rəqabət aparmaq potensialına sahibdir. Sözügedən servis vasitəsilə istifadəçilər fon musiqisinə və müxtəlif effektlərə sahib qısa videolar yarada bilər və daha sonra həmin vdeoları dostları, abunəçiləri ilə bölüşə bilərlər. Bu barədə Slashger saytı xəbər verib.
        Reels vasitəsilə yaradılan videoların xronometrajı 15 saniyə təşkil edir. Videonu yaradandan sonra istifadəçi yaradılmış videoya məşhur musiqiləri, müxtəlif filtrləri və AR effektləri əlavə edə bilər. Bununla belə videonu bir dubl ilə çəkmək, bir neçə qısa hissənin köməyi ilə yaratmaq və ya smartfonun yaddaşından yükləmək olar. Bununla yanaşı Reels-də TikTok-un “For You” səhifəsinə bənzəyən fərdi versiyası mövcuddur. Reels-də bu səhifə Explore Feed adlanır.
        Bu səhifəyə daxil olan zaman istifadəçi abunə olduğu kanallardakı videolarla yanaşı Intagram-da məşhur olan kontentləri də görə biləcək. Reels-in TikTok-dan ən böyük fərqi ondan ibarətdir ki, Reels servisi şirkətin irimiqyaslı ekosisteminə bağlıdır. Bu isə öz növbəsində yaradılmış vdeoları Instagram-dakı dostlara göndərmək imkanını verir. Yeni servis artıq 50 ölkədə Android iOS istifadəçiləri üçün aktivdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər