
Facebook sosial şəbəkəsinin komandası, qrup videoçatları üçün ayrıca tətbiq hazırlayır.
Bonfire adlı tətbiq, sosial şəbəkə əməkdaşlarına artıq təqdim
olunub. “Facebook”un öz təmsilçiləri isə bu barədə hələ heç bir fikir bildirməyiblər.
Tətbiq bu ilin payız fəslində təqdim olunacaq. Məlumatlara əsasən “Facebook”un
bu yeni məhsulu vaxtı ikə “Life On Air” şirkəti tərəfindən yaradılmış
Houseparty adlı qrup videoçatı tətbiqinə bənzəyir. Qeyd etmək lazımdır ki, bu, “Facebook”un
digər tətbiqləri klonlaşdırmaq üzrə ilk cəhdi deyil. Bir neçə müddət bundan öncə
şirkət o qədər də məşhurluq qazanmayan Slingshot və Bolt tətbiqlərini istifadəyə
vermişdi. Lakin buna baxmayaraq 2012-ci ildə şirkət tərəfindən alınmış
Instagram böyük sensasiya yaratmışdı. Şirkətin rəqabətçil videçat tətbiqini
yaradıb-yaratmayacağını isə yaxın zamanda biləcəyik.
Şərh yoxdur