Facebook səhvən 1.5 milyon istifadəçinin elektron poçt kontaktlarını yükləyib

Facebook səhvən 1.5 milyon istifadəçinin elektron poçt kontaktlarını yükləyib

Sosial Media
18.04.2019 PAYLAŞIM

    Facebook şirkəti etiraf edib ki, o bilmədən 1.5 milyon istifadəçinin razılığı olmayaraq həmin istifadəçilərin elektron poçt ünvanlarındakı kontaktları yükləyib. Bu barədə Business Insider saytına istinadən Rusbase saytı xəbər verib. 2016-cı ilin may ayından başlayaraq Facebook şirkəti istifadəçilərin hesablarını təsdiqləmək üçün onların elektron poçt ünvanlarından əlavə olaraq həmin elektron poçt ünvanlarının şifrələrini də tələb edirdi. Bununla yanaşı şirkət kontaktların yüklənməsini təklif edirdi. Lakin bunun üçün istifadəçinin razılığı olmalı idi.

    Daha sonradan Facebook bu funksiyada dəyişiklik etdi. Belə ki, kontaktların yüklənməsi sualı ortadan yoxa çıxdı, lakin yeni istifadəçilərin elektron poçt ünvanlarından məlumatlar şirkətə ötürülməyə davam etdi. Facebook şirkəti bildirib ki, həmin məlumatlar daha yaxşı reklam targetinqi və insanlara sosial şəbəkə daxilində dost təklifi alqoritminin təkmilləşdirilməsi üçün istifadə edilib. Şirkət təmsilçilərinin sözlərinə əsasən həmin kontaktlar üçüncü tərəfə verilməyib və onlar artıq silinirlər. Şirkət həmçinin bildirib ki, bu hadisənin əhatə etdiyi istifadəçilər bu barədə bildiriş əldə edəcəklər.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-a 'keçmişi təmizləmək' funksiyası əlavə edilib

Facebook sosial şəbəkəsinə özəl məlumatların idarəetməsi funksiyası əlavə edilib.


Öyrənmək hər uşağın haqqıdır

Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nö..


28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqa..

Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi


Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Sosial media nəhəngi Facebook-a yeni funksiya gəlir, beləcə istifadəçilər profillərini kilidləyə bil..


Mobil Youtube tətbiqinə Google axtarış sistemi əlavə ediləcək: Nəyə görə?..

Google şirkəti mütəmadi olaraq məşhur Youtube videoservisinin imkanlarını genişləndirir.

×