main-post-cover

    Facebook səhvən saxta Elon Musk səhifəsini rəsmi səhifə kimi verifikasiyadan keçirdib

    Sosial Media
    02.11.2021
    Farid Pardashunas
        Faceboook-un şübhəli bilinən məşhur istifadəçi hesablarını yoxlamasına baxmayaraq, bu üsullar heç də həmişə ideal olmur. Ortaya çıxmış məlumata əsasən Facebook səhvən Elon Musk-ın fəaliyyətini əhatə edən fan səhifəni Musk-ın özünə məxsus rəsmi səhifə kimi verifikasiya edib. Bundan əlavə olaraq məlum olub ki, verifikasiya əldə etmiş fan səhifə əslində bitcoin ticarəti ilə məşğul olan dələduz tərəfindən idarə olunur. Bu barədə The Verge saytı xəbər verib. Bu məsələnin ortaya çıxması zamanı səhifəni 153.000 istifadəçi izləyirdi və səhifə özü faktiki olaraq etiraf edirdi ki, o, reallıqda Elon Musk-a məxsus deyil. Bu barədə məlumat hətta səhifə haqqında məlumat bölməsində qeyd edilmişdi.
        Belə ki, həmin bölmədə qeyd edilmişdi ki, sözügedən səhifə fan səhifədir və Musk-ın tweet-lərini paylaşmaq üçün nəzərdə tutulub. Bununla yanaşı səhifənin URL ünvanı “ElonMuskoffici” ilə bitirdi. Bu isə öz növbəsində guya səhifənin rəsmi olduğuna işarə edirdi. Səhifənin Page Transparency adlı hissəsində qeyd edilmişdi ki, səhifəni idarə edən şəxslər ABŞ-da deyil, Misirdə yerləşirlər. Səhifədə Elon Musk-a məxsus 11 paylaşım var idi. Onların əksəriyyəti isə Musk-ın Twitter-də paylaşmış olduğu tweet-lər idi. Lakin sonuncu paylaşımlardan biri dəqiq şəkildə saxta bitcoin paylanmasını əhatə edirdi. Bir müddət sonra həmin paylaşım silindi.
        The Verge saytının məlumatına əsasən sözügedən səhifə 28 iyul 2019-cu ildə “Kizito Gavin” adı altında yaradılmışdı. Həmi vaxtdan səhifə dəfələrlə adını dəyişib. 17 oktyabr tarixində isə səhifənin adı Elon Musk olub. Qeyd etmək lazımdır ki, Facebook-da rəsmi verifikasiyadan keçmək üçün sosial şəbəkə istifadəçidən şəxsiyyəti təsdiq edən sənədi tələb edir. Bu ya şəxsiyyət vəsiqəsi ya da sürücülük vəsiqəsi ola bilər. Lakin dələduzlar çox zaman Facebook-un rəsmi verifikasiya sistemindən yan keçməyi bacarırlar. Qeyd etmək lazımdır ki, hal hazırda sözügedən saxta səhifə artıq mövcud deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər