main-post-cover

    Facebook sentyabr ayından etibarən yeni dizayna keçid edəcək: Köhnə dizayna əlvida!

    Sosial Media
    23.08.2020
    Nijat Hamid
            Facebook ən çox istifadə edən sosial media platformalarından biridir. İnsanların çox istifadə etməsi səbəbilə şirkət platformunu canlı tutmaq üçün daim yeni funksiyalar dəyişikliklər edir. Bunlardan biri də uzun illərdir istifadə edilən dizaynını dəyişmək olacaq. Beləki şirkət may ayında testlərinə başladığı yeni dizaynı sentyabr ayından etibarən bütün istifadəçilər üçün istifadəyə verəcək. 

    Facebook istifadəçilərə bildiriş göndərərək sentyabr ayından yeni dizaynın hər kəs üçün istifadəyə veriləcəyini bildirib.

            May ayında test istifadəçiləri üçün istifadəyə verilən yeni dizayn məcburi deyildi. Yəni istifadəçilər istədikləri vaxt köhnə dizayna qayıda bilirdilər. Lakin bu günlərdə istifadəçilərə göndərilən bildirişə görə yeni dizayn artıq qalıcı olacaq və istifadəçilər köhnə dizayna qayıda bilməyəcəklər. Bildirişdə verilən məlumata görə 1 Sentyabrdan etibarən yeni dizayn hər kəs üçün istifadəyə veriləcək və məcburi olacaq. Qısaca köhnə dizayna əlvida deməyin zamanı gəlib çatdı. 
            Lakin şirkətin bu dəyişikliyi bir anda tətbiq edəcəyi yoxsa bölgə-bölgə edəcəyi hələki bilinmir. Amma sentyabr ayı etibarilə köhnə dizaynın tarixin tozlu rəfləri arasına qarışacağı dəqiqdir. Qeyd edək ki, yeni dizaynı bəzi istifadəçilər bəyəndiyi halda bəziləri bəyənmir. Ümid edirik ki, yeni dizaynın daha da optimizasiya edilərək daha sürətli işləməsi təmin edilər. 
    Linki kopyala