
Facebook sentyabr ayından etibarən yeni dizayna keçid edəcək: Köhnə dizayna əlvida!
Sosial Media
23.08.2020
Nijat
Facebook ən çox istifadə edən sosial media platformalarından biridir. İnsanların çox istifadə etməsi səbəbilə şirkət platformunu canlı tutmaq üçün daim yeni funksiyalar və dəyişikliklər edir. Bunlardan biri də uzun illərdir istifadə edilən dizaynını dəyişmək olacaq. Beləki şirkət may ayında testlərinə başladığı yeni dizaynı sentyabr ayından etibarən bütün istifadəçilər üçün istifadəyə verəcək.
Facebook istifadəçilərə bildiriş göndərərək sentyabr ayından yeni dizaynın hər kəs üçün istifadəyə veriləcəyini bildirib.

Lakin şirkətin bu dəyişikliyi bir anda tətbiq edəcəyi yoxsa bölgə-bölgə edəcəyi hələki bilinmir. Amma sentyabr ayı etibarilə köhnə dizaynın tarixin tozlu rəfləri arasına qarışacağı dəqiqdir. Qeyd edək ki, yeni dizaynı bəzi istifadəçilər bəyəndiyi halda bəziləri bəyənmir. Ümid edirik ki, yeni dizaynın daha da optimizasiya edilərək daha sürətli işləməsi təmin edilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
