Facebook, sevgililər üçün nəzərdə tutulmuş Tuned adlı tətbiqi təqdim etdi

Facebook, sevgililər üçün nəzərdə tutulmuş Tuned adlı tətbiqi təqdim etdi

Sosial Media
08.04.2020 PAYLAŞIM

    Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda yeni tətbiqi təqdim edib. Söhbət, sevgililər üçün nəzərdə tutulmuş Tuned adlı tətbiqdən gedir. Bu barədə The Verge saytı xəbər verib. Tuned iki şəxs üçün nəzərdə tutulmuş özəl məkan qismində çıxış edir. Bu tətbiqdə sevgililər bir-birilərinə qarşı olan sevgilərini göstərə, öz əhval ruhiyyələrini əks etdirə, musiqi paylaşa və həyatlarının dəyərli anlarını gündəlik şəklində paylaşa bilərlər.


    Tətbiqin əsas özəlliyi konfidensial ana səhifədir. Həmin ana səhifə gündəlik tərzində hazırlanıb. Bununla yanaşı sevgililərin bir-biriləri ilə musiqi paylaşımı üçün Spotify servisinin inteqrasiyası reallaşdırılıb. Həmçinin iki şəxs bir-birinə foto, səsli yazılar, qeydlər, stikerlər və reaksiyalar göndərə bilərlər. Sözügedən tətbiq pulsuzdur və yalnız iOS üçün təqdim edilib. Tuned tətbiqindən istifadə etmək üçün Facebook-da qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Lakin tətbiqdən istifadə etməzdən əvvəl Facebook-un istifadəçi razılaşmasını qeyd etmək lazım gələcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×