Logo
    main-post-cover

    'Facebook', Silikon Vadisində böyük yaşayış yerləri tikəcək

    Sosial Media
    09.07.2017
    Emil

    “Facebook” öz əməkdaşları üçün Silikon Vadisində yaşayış yerləri tikəcək.

    Bunun əsas səbəbi isə hal hazırda olan yaşayış yerlərinin çatışmamazlığıdır. “Facebook” öz mərkəzi ofisindən uzaqda yerləşməyən kəndin tikilməsində iştirak etməyi planlaşdırır. Məlumata əsasən həmin yerdə təqribi olaraq 1.5 min yaşayış yeri olacaq. Bununla yanaşı şirkətdə bildiriblər ki, bütün yaşayış yerləri təkcə şirkət əməkdaşları üçün nəzərdə tutulmayacaq. Belə ki, tikiləcək daşınmaz əmlakın 15%-i bazar qiymətlərindən aşağı göstəricidə adi insanlara satılacaq. Şirkət bildirib ki, o, San Fransiskodan 72 km uzaqlıqda yerləşən Menlo-Park adlı şəhərdə yaşayış yerinin tikilməsi üçün investisiya yatırmaq istəyir. Tikinti planına əsasən ofislərin ümumi ərazisi 1.75 milyon kvadrat kilometr, satış sahələrinin ümumi ərazisi isə 125.000 kvadrat kilometr olacaq. Menlo-Park meriyası isə bu ərazidə ani olaraq insan sayının artmasından nigarandır. Şəhərin meri Kirsten Keith özü bunu bildirib. Tikintinin hazırlanması və planlaşdırılması prosesinin 2 il zaman alacağı güman edilir.
    Paylaş
    Bənzər xəbərlər