Facebook şirkəti də App Store platformasını tənqid edənlərin sırasına qatılıb: Səbəb nədir?

Facebook şirkəti də App Store platformasını tənqid edənlərin sırasına qatılıb: Səbəb nədir?

Sosial Media
09.08.2020 PAYLAŞIM

    Facebook şirkəti App Store qaydalarını tənqid edib. Belə ki, həmin qaydalar səbəbilə Facebook şirkəti özünün Facebook Gaming adlı streaming servisini istifadəyə verə bilməyib. Bu barədə The Verge saytı xəbər verib. App Store qaydalarına uymaq üçün Facebook öz servisindən mini oyunları yığışdırmalı olub. 7 avqust tarixində şirkət Facebook Gaming adlı tətbiqi iOS platformasında istifadəyə verib, lakin ondan bəzi özəllikləri yığışdırmalı olub. Bu səbəbdən də iOS istifadəçiləri Android istifadəçilərdən fərqli olaraq tətbiqin daha az imkanlarından faydalana bilirlər.

    Bu barədə Facebook-un əməliyyatlar üzrə baş direktoru Sheryl Sandberg bildirib. Son bir neçə ay ərzində App Store platforması Facebook Gaming tətbiqinin yüklənməsinə qadağa qoyurdu. App Store qeyd edirdi ki, Facebook Gaming ilk növbədə streaming servis deyil məhz oyun servisidir. Facebook isə öz növbəsində Apple şirkətinə tətbiqin Android versiyasının istifadəçilərinin statistikasını təqdim etmişdi. Həmin statistikaya əsasən istifadəçilərin 95%-i digərlərinin necə oyun oynamaqlarına baxmağa daha çox üstünlük verir nəinki özlərinin oyun oynamaqlarına.


    Lakin bu statistika Apple şirkətinin fikrini dəyişə bilmədi. Qeyd etmək lazımdır ki, iyun ayında Apple şirkəti bildirmişdi ki, bu cür problemlərlə qarşılaşmış tərtibatçılar Apple şirkətinin qərarlarını şikayət edə bilərlər. Lakin məlumata əsasən Apple şirkəti Facebook-un şikayətinə cavab verməyib. Facebook ilə App Store arasında əvvəllər də bu cür problemlər olub. Məsələn App Store platforması özündə Facebook tətbiqlərinin yerləşdirilməsi üçün illərlə şirkəti məcbur edirdi ki, o, öz tətbiqindən və Messenger-dən Instant Games-i (Messenger və ana səhifə daxilində olan oyunlar) silsin. Bu barədə Facebok Gaming-in rəhbəri bildirib. Onun sözlərinə əsasən bu cür qaydalar oyun sənayesinə zərər verir və cloud gaming sahəsinin inkişafını ləngidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube Premium Lite abunəlik sisteminin testinə start verilib

Youtube videoservisi özünün Youtube Premium abunəliyinin Lite versiyasını Avropanın bir sıra ölkəsin..


1000 nəfərin iştirakı ilə canlı yayım: Telegram-a böyük yenilənmə gəlib..

Telegram 7.9 beta versiyasının istifadəyə verilməsindən bir neçə gün sonra onun stabil versiyası büt..


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.

×