Facebook şirkəti Instagram əsasında yeni messenceri istifadəyə verəcək

Facebook şirkəti Instagram əsasında yeni messenceri istifadəyə verəcək

Sosyal Medya
27.08.2019 PAYLAŞIM

    The Verge saytının jurnalistləri öyrəniblər ki, Facebook şirkətinin messencerlər siyahısı yeni tətbiq ilə genişlənəcək. Yeni tətbiq isə Threads adlanacaq. Qeyd etmək lazımdır ki, şirkətin artıq Whatsapp Messenger-i var. Threads tətbiqi məşhur Instagram fotoservisinə əlavə olaraq hazırlanır. Bu üsulla yeni tətbiq istifadəçilərin ünsiyyətlərini asanlaşdırmalı və digər messencerlərdə olmayan bəzi özəllikləri təqdim etməlidir. Bu ilin may ayında Instagram tərtibatçıları fotoservis istifadəçilərinin öz aralarında mesajlaşmaq üçün nəzərdə tutulmuş ayrıca Direct tətbiqinin hazırlanmasını dayandırdılar.

    Həmin tətbiq 2017-ci ilin sonundan bəri hazırlanırdı. Servis rəhbərliyi bildirmişdi ki, Direct tətbiqinin beta testində iştirak etmiş insanlar özəl mesaj göndərmək üçün Instagram-dan çıxıb başqa tətbiqə keçid etmək özəlliyini bəyənmədilər. Lakin şirkət hələ də ünsiyyət vasitəsinin genişləndirilməsində maraqlıdır. The Verge saytının əldə etdiyi Threads tətbiqinin fotosundan da görmək olar ki, bu tətbiq istifadəçilərin yaxın dostlar siyahsından olan şəxslər ilə ünsiyyətləri üçün nəzərdə tutulub. Sözügedən tətbiq real zaman ərzində müxtəlif məlumatarın paylaşılmasını mümkün edəcək. Məsələn istifadəçinin yerləşdiyi yer, onun hərəkət sürəti, smartfonun enerji səviyyəsi və s. İstifadəçilər həmçinin statusları özləri də dəyişə biləcəklər.

    Həmin statuslar isə mesajlar ilə birlikdə əsas səhifədə əks olunacaqlar. Threads-də ünsiyyət Instagram-ın mesajlaşmaq özəlliyini xatırladır. Dostlardan olan mesajlar mərkəzi səhifədə əks olunurlar. İstifadəçilərin avatarları isə yaşıl rənglə işarələnirlər. Bu, hansı istifadəçinin hal hazırda online olduğunu əks etdirir. Threads bölməsində isə dostların paylaşdıqları kontentlərə baxmaq mümkün olacaq. Bununla yanaşı Threads tətbiqi kamera özəlliyini də özündə birləşdirəcək. Bu vasitə ilə istifadəçilər foto və videolar göndərə biləcəklər. Yeni tətbiqin nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat yoxdur.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

Ölkədə rəqabət qabiliyyətli kadrların hazırlanmasına daim dəstək olan “Azercell Telekom” MMC, öz fəa..


Azercell-dən gözəl nömrələrə xüsusi kampaniya!

Ölkənin telekom bazarında ən sərfəli təkliflər ilə seçilməyi hədəfləyən “Azercell Telekom” MMC, inte..


Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell abunəçilərini müasir dövrün trend..


Instagram servisi digər istifadəçilərin aktivliklərini izləmək özəlliyini ortada..

 Instagram 1 həftə ərzində öz tətbiqindən Following bölməsini çıxardacaq.


12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiril..

12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiriləcəkdir.


Instagram'ın iOS versiyası üçün də Dark Mode rejimi təqdim olundu

Android-in ardınca Instagram tərtibatçıları iOS əməliyyat sistemi üçün də öz tətbiqlərinin Dark Mode..