Facebook şirkəti Instagram ilə Whatsapp'ın rebrendinqini keçirdəcək

Facebook şirkəti Instagram ilə Whatsapp'ın rebrendinqini keçirdəcək

Sosial Media
04.08.2019 PAYLAŞIM

    Facebook şirkəti özünə məxsus olan Instagram ilə Whatsapp servislərinin əməkdaşlarına xəbər verib ki, həmin servislərin adlarında bir qədər dəyişiklik olacaq. Belə ki, yeni adlar Instagram by FacebookWhatsapp by Facebook olacaqlar. Bu barədəThe Information saytına istinadən Digger.ru saytı xəbər verib. Facebook şirkətinin əməkdaşı bu məlumatı təsdiqləyib.

    Onun sözlərinə əsasən Facebook istəyir ki, həmin servislərin istifadəçiləri istifadə etdikləri servislərin arxasında hansı şirkətin durduğunu bilsinlər. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Instagram fotoservisini 2012-ci ildə, Whatsapp messencerini isə 2014-cü ildə almışdı.

Bənzər xəbər


    Həmin vaxta kimi sözügedən servislər bir-birilərindən asılı olmadan inkişaf edirdilər. Hətta keçən il bu servislərin yaradıcıları şirkətdən ayrılmışdılar. Qeyd etmək lazımdır ki, hal hazırda Facebook 2.2 milyard, Instagram 1 milyarddan çox, Whatsapp isə 1.5 milyard istifadəçi kütləsinə sahibdir. Təqribi olaraq 1.3 milyard insan isə Facebook Messenger-dən istifadə edir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Daha çox reklam: Youtube videolarında reklam elanları üzrə yeni qaydalar qüvvəyə..

Google təmsilçiləri şirkətin rəsmi bloqunda Youtube videolarındakı reklam elanları üzrə yeni qaydala..


Balansını artır, Azercell-dən 'Umico'ya ikiqat keşbək qazan!

İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər...


Whatsapp bir sıra yeni funksiya əldə edib (VİDEO)

Whatsapp tərtibatçıları mütəmadi olaraq sözügedən messencerə yeni funksiyalar əlavə edirlər. Whatsap..


Bu ilin ilk 6 ayında Android və iOS istifadəçiləri tətbiqlər ilə oyunlara ümumil..

Bu göstərici 2019-cu ilin ilk 6 ayı ərzində olmuş göstəricidən 23.4% yüksəkdir.


Çinin TikTok, WeChat, Weibo kimi məşhur servisləri Hindistanda qadağan olunublar..

Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi Çin şirkətləri tərəfindən yaradılmı..


Facebook-a köhnə xəbərlərlə bağlı yeni bir funksiya gəlir

Sosial media nəhəngi olan Facebook-a könhə xəbərlərlə bağlı yeni bir bildiriş funksiyası gəlir. ..

×