Facebook şirkəti istifadəçi məlumatlarını digər şirkətlərə nəyə görə ötürdüyünü açıqlayıb

Facebook şirkəti istifadəçi məlumatlarını digər şirkətlərə nəyə görə ötürdüyünü açıqlayıb

Sosial Media
21.12.2018 PAYLAŞIM

    Bir neçə gün bundan öncə New York Times qəzeti xəbər vermişdi ki, Facebook şirkəti vaxtı ikən əməkdaşlıq etmiş şirkətlərə qeyri-qanuni şəkildə istifadəçi məlumatlarını təqdim edib. Facebook şirkətinin təmsilçiləri isə New York Times-ın jurnalisltərinin bu ittihamlarına cavab veriblər. Lakin bir çox şəxslər şirkətin bu açıqlamasına skeptik yanaşıblar. Qeyd edək ki, New York Times xəbər vermişdi ki, Facebook öz istifadəçilərinin məlumatlarını Netflix Spotify kimi böyük şirkətlərə ötürüb.

    Facebook təmsilçiləri bildiriblər ki, məlumatların verilməsi həqiqətən də olub. Lakin bu proses Messenger funksionallığının kənar servislərə inteqrasiya edilməsi çərçivəsində reallaşdırılıb. Başqa sözlə desək, Facebook istifadəçilərə həm sosial şəbəkədə həmdə digər servislərdə qeydiyyatdan keçmiş dostları ilə ünsiyyət qura bilmələri imkanını vermək istəyirmiş.

Bənzər xəbər


    “Mesajların mübadilə olunması üçün ümumi servisin yaradılması üzrə biz 4 digər şirkət ilə əməkdaşlıq etmişik. Bununla belə məlumatların ötürülməsi istifadəçinin öz hesabına daxil olması şərtilə mümkün ola bilərdi” – deyə Facebook bildirib. Buna baxmayaraq jurnalistlər qeyd ediblər ki, istifadəçi mesajlarının digər şirkətlər tərəfindən oxunulmamasına və ya istifadəçi məlumatlarının həmin şirkətlərə ötürülməməsinə Facebook qənaət vermir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


1000 nəfərin iştirakı ilə canlı yayım: Telegram-a böyük yenilənmə gəlib..

Telegram 7.9 beta versiyasının istifadəyə verilməsindən bir neçə gün sonra onun stabil versiyası büt..


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..

×