Facebook şirkəti Messenger Rooms funksiyasını Instagram-a da inteqrasiya etdi
Sosial Media
22.05.2020
Farid Pardashunas
Facebook şirkəti məşhur Instagram fotoservisinə 50 nəfərin iştirakı ilə qrup videozənglərini əlavə etdi. Şirkət bunu Messenger Rooms funksiyasının Instagram-a inteqrasiyası vasitəsilə reallaşdırıb. Sözügedən yeni funksiyadan istifadə etmək üçün istifadəçilər Instagram və Messenger tətbiqlərini aktual versiyalara kimi yeniləməli olacaqlar. Daha sonra onlar Instagram-ın Direct bölməsinə daxil olmalı və ordakı kamera ikonuna klik etməklə qrup videozəngləri üçün otaq yaratmalıdırlar. Növbəti mərhələdə isə Instagram qrup videozənglərində iştirak üçün istifadəçilərin siyahısını təqdim edəcək. Həmin siyahıdan lazımi şəxsləri seçəndən sonra fotoservis seçilmiş şəxslərə bu barədə bildiriş göndərəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ