
Facebook şirkəti Messenger Rooms qrup videozənglərinin Whatsapp-a inteqrasiyasını test edir
Sosial Media
18.05.2020
Emil
Facebook şirkəti Messenger Rooms qrup zənglərini Android əməliyyat sistemi vasitəsilə çalışan cihazlar üçün olan Whatsapp messencerinə inteqrasiya etməyə başlayıb. Bu barədə WABetaInfo saytı xəbər verib. Məlumata əsasən qrup zəngləri üçün nəzərdə tutulmuş Messenger Rooms Whatsapp-ın Android üçün olan 2.20.163 versiyasına inteqrasiya edilib.
Beləliiklə yenilənmə ilə birlikdə Whatsapp-dakı çatın daxilində olan ümumi menyuya Room bölməsi əlavə edilib. Yeni özəllik vasitəsilə Whatsapp daxilində 50-yə yaxın istifadəçinin iştirakı ilə videokonfrans yaratmaq mümkündür. Sözügedən yeni funksiyanın test müddətinin nə qədər çəkəcəyi və Facebook-un bu cür funksiyanın iOS versiyasının hazırlayıb-hazırlamadığı bilinmir. Whatsapp 2.20.163 beta versiyasının Android üçün olan APK faylını burdan yükləmək olar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
