Facebook şirkəti Messenger Rooms qrup videozənglərinin Whatsapp-a inteqrasiyasını test edir

Facebook şirkəti Messenger Rooms qrup videozənglərinin Whatsapp-a inteqrasiyasını test edir

Sosial Media
18.05.2020 PAYLAŞIM

    Facebook şirkəti Messenger Rooms qrup zənglərini Android əməliyyat sistemi vasitəsilə çalışan cihazlar üçün olan Whatsapp messencerinə inteqrasiya etməyə başlayıb. Bu barədə WABetaInfo saytı xəbər verib. Məlumata əsasən qrup zəngləri üçün nəzərdə tutulmuş Messenger Rooms Whatsapp-ın Android üçün olan 2.20.163 versiyasına inteqrasiya edilib.

    Beləliiklə yenilənmə ilə birlikdə Whatsapp-dakı çatın daxilində olan ümumi menyuya Room bölməsi əlavə edilib. Yeni özəllik vasitəsilə Whatsapp daxilində 50-yə yaxın istifadəçinin iştirakı ilə videokonfrans yaratmaq mümkündür. Sözügedən yeni funksiyanın test müddətinin nə qədər çəkəcəyi və Facebook-un bu cür funksiyanın iOS versiyasının hazırlayıb-hazırlamadığı bilinmir. Whatsapp 2.20.163 beta versiyasının Android üçün olan APK faylını burdan yükləmək olar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib: Səbəb nədir?

Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib. Belə ki, videoservis onu və onun iş yolda..


Facebook-da kontenti qeyri-leqal kopyalanmadan qoruyan sistem işə salınıb

Facebook şirkəti Rights Manager adlı müəllif hüquqlarının qorunması proqramını işə salıb. Sözügedən ..


Instagram-a yeni funksiya gəlir: İanə toplamaq üçün xüsusi paylaşım dəstəyi..

Instagram üzərində işlədiyi yeni funksiya ilə birliktə istifadəçilərin ianə toplaya biləcəyi postlar..


Yaxın zamanda Instagram hekayələrinə (Story-lər) Facebook üzərindən baxmaq mümkü..

Facebook şirkəti sosial mediaları birləşdirməyə davam edir. Bu səfər Instagram heyakələri Facebook-a..


TikTok ilk dəfə olaraq öz qlobal statistikasını təqdim edib

ByteDance şirkətinə məxsus olan TikTok servisi ilk dəfə olaraq öz qlobal statistikasını təqdim edib...


Whatsapp-ın əsas problemlərindən biri aradan qaldırılacaq

Whatsapp messencerinin narahatlıq yaradan əsas özəlliklərindən biri də faylların mübadiləsi zamanı s..

×