main-post-cover

    Facebook şirkəti MSQRD tətbiqini bağlayacaq

    Sosial Media
    14.03.2020
    Farid Pardashunas
        Facebook şirkəti artırılmış reallıq maskaları ilə selfie fotoların çəkilməsi üçün nəzərdə tutulmuş MSQRD tətbiqini bağlayacaq. Bu barədə Business Insider saytı xəbər verib. Beləliklə 13 aprel tarxindən başlayaraq MSQRD tətbiqi App StoreGoogle Play online mağazalarından yığışdırılacaq və smartfonlar ilə planşetlərdə çalışması dayandırılacaq. Tətbiqin texniki özəllikləri isə Facebook tətbiqinə inteqrasiya ediləcək. Sözügedən tətbiqin komandası Facebook-da Spark AR texnologiyasını təkmilləşdirməyə davam edəcək.
        Qeyd etmək lazımdır ki, bu, Facebook və Instagram üçün AR maskaların yaradılması platformasıdır. Spark AR-də yaradılmış artırılmış reallıq maskalarından ümumilikdə 1 milyarddan çox Facebook, Messenger, Instagram və Portal istifadəçiləri istifadə ediblər. Qeyd etmək lazımdır ki, MSQRD tətbiqi vasitəsilə istifadəçilər öz üzlərinə real zaman ərzində müxtəlif növ maskaları yerləşdirə bilirlər. Bu layihə 2015-ci ildə Belorusiyadan olan tərtibatçılar tərəfindən yaradılıb. 2016-cı ildə isə Facebook şirkəti bu layihəni almışdı. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər