main-post-cover

    Facebook şirkəti mümkün ola biləcək cərimə üçün 3 milyard dollar vəsait ayırıb

    Sosial Media
    25.04.2019
    Farid Pardashunas
        Facebook şirkəti istifadəçi məlumatlarının sızdırılması ilə bağlı ABŞ-ın federal ticarət komissiyası tərəfindən aparılan istintaqın nəticəsində 3-5 milyard dollar dəyərində cərimə gözləyir. Bu haqda şirkətin 2019-cu ilin birinci rüb hesabatında qeyd edilib. Bu barədə Rusbase saytı xəbər verib. Gözləntilər əsasında sosial şəbəkə mümkün ola biləcək vəsait cəriməsi üçün 3 milyard dollar vəsait ayırıb.
        “Bu məsələ hələ həll olunmamış qalır. Buna görə də cərimənin müddəti və şərtləri barəsində heç bir zəmanət yoxdur” – deyə şirkət hesabatında qeyd edilib. Hesabata əsasən bu ilin birinci rübündə şirkətin gəliri demək olar ki, 15.1 milyard dollar təşkil edib. Bu, keçən ilin birinci rüb göstəricisi ilə müqayisədə 26% çoxdur. Lakin şirkətin təmiz gəliri iki dəfə aşağı düşüb (2.4 milyard dollar). Əgər Facebook-un cərimə ilə bağlı proqnozu düz çıxsa, bu, ABŞ-ın federal ticarət komissiyasının tarixində ən böyük cərimə göstəricisi olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər