main-post-cover

    Facebook şirkəti öz tətbiqinə ağ-qara rəngli istifadəçi interfeysi əlavə edəcək

    Sosial Media
    09.03.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Facebook şirkəti özünün Messenger tətbiqinə Dark Mode rejimini əlavə etmişdi. İndi isə şirkət öz əsas tətbiqi üçün yeni interfeys rəngini hazırlayır. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, XDA-Developers saytının istifadəçilərindən biri Facebook tətbiqinin Android üçün olan versiyasının yeni interfeys fotolarını təqdim edib.

        Fotolardan da görmək olar ki, şirkət öz tətbiqində göy rəngdən tamamilə imtina edərək onu ağ-qara rəng ilə əvəz edib. Bu cür rəng interfeysi bir qədər Instagram-ı xatırladır. Bundan əlavə olaraq tərtibatçılar istifadəçinin ana səhifəsinin yuxarı hissəsinə iki ədəd yeni qovluq da əlavə ediblər. Söhbət, istifadəçi hesabı və video bölmələrindən gedir. Ağ-qara rəngli istifadəçi interfeysinin Facebook tətbiqinə nə zaman əlavə olunacağı barəsində hələki heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər