main-post-cover

    Facebook şirkəti sosial şəbəkə xaricində istifadəçiləri necə izlədiyindən danışdı

    Sosial Media
    30.01.2020
    Farid Pardashunas
        28 yanvar tarixində Facebook sosial şəbəkəsində “Off Facebook Activity” adlı qovluq ortaya çıxdı. Həmin qovluqda istifadəçilərin hansı sayt və tətbiqlərə daxil olduqları barəsində məlumatlar yığılır. Məlumatlar istifadəçinin Facebook hesabının istifadə olunmaması halında da emal olunur. Bu barədə Washington Post xəbər verib.
        Amerikalı jurnalistlər aşkar ediblər ki, Facebook konfidensial məlumatlar da daxil olmaqla bir çox məlumatları qeydiyyata alır. Məsələn istifadəçinin sonsuzluq xəstəliyini müalicəsi üçün nəzərdə tutulmuş xəstəxananın və ya sığorta agentlərinin olduqları saytlara daxil olan zaman sosial şəbəkə bundan xəbər tutur. Facebook hesabına sahib şəxs həmin məlumatları silə bilər. Lakin Facebook yenidən həmin məlumatları yığmağa başlayacaq.
        “Off Facebook Activity” qovluğundakı məlumata əsasən istifadəçilərin konfidensial məlumatlarını o sayt və tətbiqlər təqdim edirlər hansılar ki, sosial şəbəkənin biznesi üçün olan alətlərdən istifadə edirlər. Həmin siyahıda TikTok, Tinder, PayPal, Airbnb kimi şirkətlər var. Facebook-un məlumat mərkəzində sosial şəbəkənin, istifadəçinin hansı əməliyyatları yadında saxlaması barəsində yeni məlumat ortaya çıxıb:
    - Kənar tətbiqin işə salınması və Facebook hesabı ilə ona daxil olmaq
    - Müxtəlif kontentlərin baxılması
    - Online mağazalarda məhsulların axtarılması
    - Məhsulların alınması və onların səbətə əlavə edilməsi
    - Xeyriyyəçilik üzrə vəsaitlərin keçirilməsi.
        Facebook öz növbəsində qeyd edib ki, bu üsul ilə kontenti müəyyən istifadəçi üçün daha yaxşı analiz edərək ən aktual reklamı göstərmək imkanı yaranır. “Bizim tələblərimizə uyğun olaraq şirkətlər və təşkilatlar istifadəçilərə öncədən məlumat verməlidirlər ki, onlar bizim alətlərdən istifadə edəcəklər” - deyə şirkət qeyd edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər