Facebook şirkəti Whatsapp messencerini WeChat-a çevirməyi planlaşdırır

Facebook şirkəti Whatsapp messencerini WeChat-a çevirməyi planlaşdırır

Sosial Media
25.04.2020 PAYLAŞIM

    Whatsapp insanlar arasında ünsiyyət vasitəsi kimi məşhurdur. Lakin yaxın gələcəkdə onun funksionallığı genişləndirilə bilər. İnternetdə ortaya çıxmış məlumata əsasən Facebook şirkəti Whatsapp messencerini Çindəki WeChat-a çevirməyi planlaşdırır. Bu cür dəyişikliyin əsas ideyası Whatsapp-dan pul köçürmələri, taksi servislərinin sifarişi və digər faydalı əməliyyatların yerinə yetirilməsi ilə əlaqəlidir. Bu barədə 4pda saytı xəbər verib.

    Məlumata əsasən öz servislərinin məşhurlaşdırılması üçün Facebook şirkəti şərqi regionlardakı fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmin regionlarda isə supertətbiqlər çox məşhurdurlar. Bu cür tətbiqlər bir interfeys daxilində digər bir neçə servisi birləşdirirlər. Məsələn messencerdən çıxmayaraq pul köçürmələrini, yemək sifarişini və ya online mağazada alış-verişi reallaşdırmaq olar.


    Gözləntilərə əsasən genişləndirilmiş imkanlara sahib Whatsapp-dan ilk öncə Hindistandan olan istifadəçilər yararlana biləcəklər. Tətbiqlərin ən uğurlu biznes modellərindən biri də onların ticarət platformalarına çevirməkdir. Whatsapp-ın yüksək istifadəçi kütləsinə sahib olduğunu nəzərə alsaq, Facebook onun üzərində əsl imperiya qura bilər. Bunun reallaşdırılmasına isə Hindistanın Reliance Industries şirkəti kömək edəcək. Facebook artıq bu şirkətə 5.7 milyard dollar investisiya yatıraraq onun ən böyük səhmdarı olub. Yeni funksiyalara sahib Whatsapp-ın nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×