Facebook şirkəti Zoom servisinin rəqibi Messenger Rooms-u təqdim etdi

Facebook şirkəti Zoom servisinin rəqibi Messenger Rooms-u təqdim etdi

Sosial Media
26.04.2020 PAYLAŞIM

    23 may tarixində Mark Zuckerberg öz Facebook hesabında canlı yayım keçirdərək Messenger Rooms adlı yeni tətbiqi anons etdi. Bu, çoxlu sayda istifadəçinin (50 nəfər) iştirakı ilə videokonfrans yaratmaq üçün nəzərdə tutulmuş servisdir. Messenger Rooms tətbiqi son zamanlarda çox məşhur olan Zoom servisinin rəqibi olmalıdır. Facebook-un yeni servisində videokonfransı həm Facebook həm də adi Messenger vasitəsilə yaratmaq olar.


    Həmin servisdə olan videokonfransa həmçinin Facebook sosial şəbəkəsində istifadəçi hesabı olmayan şəxs də qoşula bilər. Lakin bunun üçün sosial şəbəkədə istifadəçi hesabı olmayan şəxsə dəvət linki göndərmək lazım gələcək. Videoçat zamanı istifadəçilərə filtrlər, maskalar və fon təsvirləri təqdim olunacaq. Messenger Rooms artıq bu həftənin sonuna kimi bəzi ölkələrdə aktiv olmalıdır. Digər regionların istifadəçiləri üçün servis daha sonra təqdim olunacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×